Zərərlərin qiymətləndirilməsi və təmir üzrə mütəxəssis
 
JOB TITLE: Zərərlərin qiymətləndirilməsi və təmir üzrə mütəxəssis
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddialari Departamentində Zərərlərin qiymətləndirilməsi və təmir üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
• Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması
• Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
• Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili
• Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasının və ya utilizasiya olunmasının təşkil edilməsi
• Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi

BİLİKLƏR:

• Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır
• Yol nəqliyyat hadisələri haqqında biliklər
• Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq
• Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər
• Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

TƏCRÜBƏ:

• Biznes sahəsində minimum 2 il iş təcrübəsi həmçinin, müştərilərlə iş üzrə təcrübənin olması
• Təmir xidməti istiqamətində minimum 1 il iş təcrübəsi

BACARIQLAR:

• Yaxşı ünsiyyət bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi: 17 Sentyabr 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP