Audit üzrə qrup rəhbəri
 
JOB TITLE: Audit üzrə qrup rəhbəri
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

Vəzifə: Audit üzrə qrup rəhbəri

Tələblər:

• Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Audit sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
• Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı təcrübə;
• Beynəlxalq audit standartları (BAS) üzrə biliklər;
• Riyazi təhliletmə, analitik düşünmə qabiliyyəti;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
• Audit hesabatlarının hazırlanması bacarığı;
• Liderlik və komandaqurma bacarığı;
• Risklərin aşkar edilməsi və idarə edilməsi sahəsində praktiki biliklər;
• Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür (CİA, ACCA, CPA).

Vəzifələr:

• Daxili audit strukturunun işini təşkil etmək;
• Audit yoxlamalarına dair hesabatlar hazırlamaq;
• Audit sənədlərini təhlil etmək və lazımi qaydada hazırlanmasına nəzarət etmək;
• Aşkarlanmış nöqsanların aradan qaldırılması, daimi nəzarət prosedurlarına dair tövsiyələr vermək;
• Daxili audit zamanı nəzarət subyektinin normal fəaliyyətinə mane olmamaq və fəaliyyət ilə əlaqədar kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməklə müstəqillik və məxfilik prinsiplərinə əməl etmək.

Anketlərinizi recruiter.baku2021@gmail.com elektron ünvanına göndərməyinizi xahiş edirik.

CV göndərərkən mailin “subject” hissəsində “Audit üzrə qrup rəhbəri” qeyd etməyi unutmayın.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP