Daxili Nəzarət Şöbəsində Baş Mütəxəssis
 
JOB TITLE: Daxili Nəzarət Şöbəsində Baş Mütəxəssis
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-17 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

PASHA Bank Daxili Nəzarət Şöbəsində Baş Mütəxəssis vakansiyasını elan edir.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Nəzarət planının hazırlanmasında iştirak etmək;
• Biznes proseslər üzrə testlərin aparılması;
• Planın icrası çərçivəsində müəyyən olunmuş prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında rəhbərə məlumat vermək;
• Aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Monitorinq nəticələri barədə hesabatların hazırlanmasında iştirak etmək;
• Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
• Daxili Nəzarət funksiyasının rəhbərinin tapşırığı ilə funksiyanın fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
• Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək
• Ezamiyyələrdə iştirak etmək imkanı.

TƏCRÜBƏ:

• Bank və ya maliyyə institutlarından birində daxili nəzarət, daxili audit və ya risk funksiyalarında minimum 3 il iş təcrübəsi.
PEŞƏKAR KVALİFİKASİYA:
• Ali iqtisadi Təhsil
• CIA, ACCA sertifikatları olan namizədlərə üstünlük verilir

BACARIQLAR:

• Bank əməliyyatları barədə mükəmməl biliklər
• Öz vaxtını effektiv şəkildə planlama, idarə etmə bacarığı
• Analiz qabiliyyəti
• Komanda işi
• Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları) ilə işləmək bacarığı.
• Azərbaycan və İngilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli

E-mail: recruitment@pashabank.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP