Bağçılıq üzrə təcrübə proqramı
 
JOB TITLE: Bağçılıq üzrə təcrübə proqramı
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-18 LAST UPDATED: N/A DEADLINE: 2021-09-17

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

“Bağçılıq üzrə təcrübə proqramı”

- Təcrübə müddəti – 6 ay ( Təcrübə müddətini uğurla keçən təcrübəçilər işlə təmin ediləcəkdir)
- İş yeri – Türkan dairəsi (Əməliyyat ofisi)
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, İş yerinə çatdırılma üçün nəqliyyat xidməti ilə təmin edilir.
- Təcrübə müddətində əmək haqqı 300 AZN, Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

- Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək;
- Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi;
- Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması;
- Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması;
- Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
- Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi;

Tələblər:

• Təhsil : Ali təhsil (Kənd təsərrüfatı sahəsi (bitkiçilik-bağçılıq) üzrə olması arzu olunandır);
• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
• İT üzrə biliklər: Ms. Office,
• Səriştəlik
• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.

https://jobs.talhunt.az/grandagro/585-bagciliq+uzre+tecrube+proqrami

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP