Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: FF Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-18 LAST UPDATED: N/A DEADLINE: 2021-09-17

Təchizat üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

* Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
* Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
* Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
* Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.
* Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;

Namizədlə bağlı tələblər:

* Ali təhsil;
* MS Office proqramları;
* Qeyd olunan vəzifə üzrə minimum 3 il təcrübə
* Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
* Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, kommunikasiya bacarığı.

İş şəraiti:

* İş vaxtı: həftədə 5 gün;
* AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
* Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar;
* Əmək haqqı: Müsahibə əsasında namizədlə qarşılıqlı razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslər CV-lərini "təchizat üzrə mütəxəssis" başlığı ilə, Babak.Damirchili@ffgroup.az e-mail adresinə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP