Satış təmsilçisi (mağaza)
 
JOB TITLE: Satış təmsilçisi (mağaza)
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-18 LAST UPDATED: N/A DEADLINE: 2021-09-17

 

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

Vəzifə: Satış təmsilçisi (mağaza)

Tələblər:

• Ali təhsil,
• Satış üzrə minimum 2-3 il təcrübə,
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
• 23-30 yaş aralğı,
• Xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

• İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
• Əməkhaqqı: 400-500 AZN + Bonus (KPİ)
• Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış təmsilçisi” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP