Mikro kreditlər bölməsinin rəhbəri (Gəncə)
 
JOB TITLE: Mikro kreditlər bölməsinin rəhbəri (Gəncə)
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-19 LAST UPDATED: N/A DEADLINE: 2021-09-18

Mikro kreditlər bölməsinin rəhbəri (Gəncə)

Ümumi məlumat:

Kapital Bank namizədləri Mikro kreditlər bölməsinin rəhbəri (Gəncə) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər:

• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili;
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə minimum 3 il iş stajı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP