Briqadir
 
JOB TITLE: Briqadir
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-19 LAST UPDATED: 2021-08-20 DEADLINE: 2021-09-18

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Azertexnolayn MMC-nin, Texniki Avadanlıqlar Zavodu , Metaləritmə sahəsi “Briqadir

Əmək funksiyası:

- İşə başlamamazdan əvvəl tabeliyində olan işçilərə texnoloji və texniki təhlükəsizlik qaydalarının təlimatlarını keçirmək.
- Qüvvədə olan əmək qanunvericiliyi ilə tənzimlənən Cəmiyyətin daxili əmək intizamı qaydalarına uyğun olaraq tabeçiliyində olan işçilərə rəhbərlik edir.
- Həftəlik plana əsasən avadanlıqların səmərəli yüklənməsini təmin etdirir, avadanlığın texniki imkanlarından istifadə etməklə günlük plan üzrə işin məhsuldarlığının azalmamasına nəzarət edir.
- Boşdayanmalara yol verməmək, onların yaranma səbəblərini araşdırmaq və nəticə barədə üst rəhbərinə məlumat verir. Günlük (növbəlik )hesabatları müvafiq formalara işləyərək təhvil verir.
- Sifarişə uyğun məhsulun (markası, texniki rəsmi) istehsalı üzrə gündəlik növbə qrafikinin yerinə yetirilməsini təmin edir.
- Sobalara baxış keçirmək, mexanizmləri yoxlamaq, çatışmamazlıqlar haqqında İstehsalat müdirinə və mühəndislərə məlumat verməli.
- Tabeliyində olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etmələrini təmin etmək.
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək.

Bilməlidir:

- İnduksion sobanın və onun mexanizmlərinin iş prinsipini, konstruksiyasını, istismar qaydalarını
- MC ofis proqramlarını / Excel
- Əritmə prosesinin bütün texnoloji əməliyyatlarını bilmək və yerinə yetirmək.
- Şixtə və üzləyici materialların, ferroərintilərin və odadavamlı materialların tərkibini və təyinatını bilmək.
- Metalın bütün markaları və onların tərkibini bilmək.

İş qrafiki:

- Həftədə 6 gün / 6 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00)
- İstirahət günü: Bazar günü

Namizədə tələblər:

- Ali təhsil / Metallurgiya sahəsi üzrə
- İngilis dili və rus dili arzu olunandır.
- Anoloji sahə üzrə 2 il iş təcrübəsi
- Kişi namizədlər müraciət etməlidir.

Namizədlərin dəyərləndirilmə prosesi:

- Birinci mərhələ- Komputer biliklərinin yoxlanılması -MC office
- İkinci mərhələ- İstehsalat müdiri ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul

Təminatlar:

- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;

Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Briqadir” başlığı altında qeyd edərək Seide.Aghayeva@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək və dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.

Əlavə əlaqə vasitəsi-whatsapp: 050 268 45 95

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP