Dizayn üzrə mühəndis
 
JOB TITLE: Dizayn üzrə mühəndis
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-19 LAST UPDATED: N/A DEADLINE: 2021-09-18

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda, Texnologiya şöbəsi “Dizayn üzrə mühəndis”

Əmək funksiyası:

- İstehsal ediləcək məhsulları xüsusi kompüter proqramlarında dizayn , analiz (Statik , Axışqan, lazım olduqda fiziki analizlər) və montaj etmək (Assembly), montajı parçalamak, məhsul ağacı hazırlamaq ve bütün hissələri CAM (Computer aided manufactring ) G kodlarına cıxararaq dəzgahlara göndermek
- Dizayn Programı qurmaq, əmrlər ve ara üzləri (İnterface) digər istifadəçilər üçün elverişli hala gətirmek;
- Digər əməliyyatlar üçün bütün detalların texnıki şəklini çıxartmaq və emalata göndərmək.
- Yeni innovativ məhsullar ücün lazımlı arışdırmalar etmək ve ona görə detalları dizayn edib analiz etmək;.
- Detallaın ve montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;
- Dizayn edilən bütün məhsulların yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartlara cavab verməsini təmin etmək;
- Qəlibləmə üçün modellərin və içliklərin dizayn edilməsi;

Namizədə tələblər:

- Qatı modelləmə programını yaxşı istifadə etmək (Solidworks, ya da Inventor, CATIA, UG NX, Proengineer kimi programlardan ən az biri),
- MS Office proqramlarından ən az Word ve Excel,
- CAM programı bilməlidir,
- Layihə hazırlama ve təqib prosedurlarını bilməlidir;
- Yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartları bilməlidir

Namizədlərin dəyərləndirilmə prosesi:

- Birinci mərhələ- IQ test, komputer biliklərinin yoxlanılması -MC office və Solidworks
- İkinci mərhələ-Texnologiya şöbə rəisi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul

İş qrafiki:

- Həftədə 5 gün / 8 saat: 09:00-18:00
- İstirahət günü: Şənbə/Bazar günü

Təminatlar:

- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə təyin ediləcək.

Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Dizayn üzrə mühəndis” başlığı altında qeyd edərək Seide.Aghayeva@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur. 2 il müddətinə Dizayn (konstruktor) üzrə iş təcrübəsi olmayan nazmizədlərin CV-ləri dəyərləndirilməyəcək və dəyərləndirmə haqqında geri dönüş edilməyəcək.

Əlavə əlaqə vasitəsi-whatsapp: 050 268 45 95.

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP