Satış nümayəndəsi
 
JOB TITLE: Satış nümayəndəsi
EMPLOYER: Ikma DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-19 LAST UPDATED: N/A DEADLINE: 2021-09-18

Satış nümayəndəsi

Vəzifə borcu:

• İşin təşkili, korporotiv görüşlər, məhsulun satişini artirmaq, layihələrin hazirlanmasi, müqavilələrin baglanmasi, layihəyə sonuna qədər tam nəzarət edilməsi, layihəni tam hesablama, problemlərin həlli.
• Satışın analizini aparmaq bacarığı;
• Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilməsi, analiz edə bilməsi;
• Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib şirkətləri analiz edə bilməsi;
• Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilmə bacarığı;
• Müştəri etirazları ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı;
• Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar departamentə və şəxslərə çatdırılması;
• Potensial müştərilər haqqında məlumatların toplanması və rəhbərliyə təqdim olunması;
• Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflərin hazırlanması;
• İşgüzar görüşlərin təşkil olunması və işgüzar danışıqların aparılması.

Bilməlidir:

• Müştəri əlaqələri, təqdimatlar və danışıqlar, müqavilə bağlamaq, tender müddəti, satış sonrası fəaliyyətlər, müqavilə və maliyyə ilə bağlı təməl bilgilərə sahib olmaq.
• Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq
• Uğursuzluqlarla müsbət şəkildə üzləşmək
• Problem və maneələrin öhdəsindən gəlmək üçün əzm göstərmək
• Başqaları ilə müsbətləri müsbət şəkildə cəld inkişaf etdirmək
• Qarşılıqlı olaraq faydalı əlaqələr qurma məlumatlarını paylaşmaq
• Başqaları ilə münasibətdə uzunmüddətli güvən yaratmaq
• Komandada işləmək bacarığı

İxtisas tələbləri:

- Müvafiq sahədə ali təhsil
- Kompüter bilikləri
- Azərbaycan, Rus və (qismən) İngilis dili
- 3 ildən az olmayaraq iş stajı

E-mail: joinus@ikma.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP