Layihələr üzrə aparıcı mühəndis
 
JOB TITLE: Layihələr üzrə aparıcı mühəndis
EMPLOYER: Azinvest Telecom Technology DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-19 LAST UPDATED: 2021-08-20 DEADLINE: 2021-09-18

Vəzifə öhdəlikləri:

• GPON texnologiyası üzrə müvafiq hesabatların və cədvəllərin tərtib edilməsi
• Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
• Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
• Tələb olunduqda icraata təqdim edilmiş layihənin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
• Tabeliyində olan sahə mühəndisləri/iş icraşıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
• Layihə sənədlərinə uyğun ümumi rabitə işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
• Layhəyə əsasən iş həcmlərinin çıxarılması
• Əsaslı rabitə çəkilişi işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi

Vəzifəyə olan tələblər:

• Təhsil Ali , Orta və texniki təhsil
• Sertifikat arzu olunandır.
• Staj Ən azı 2 il iş təcrübəsi
• Dil biliyi Azərbaycan/ rus dillərini bilmək
• Kompüter biliyi MS Office proqramları,
• Xüsusi proqramlar AutoCAD proqramları üstün səvviyyədə (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir)
• Xasiyyət xüsusiyyətləri Ünsiyyət qurma bacarığı, dəqiqlik

İş qrafiki: 6 günlük, I-V günlər, saat 09:00-17:00; VI gün gün 10-16:00-dək.
Əmək haqqı: 600 -800 AZN net.

CV-nizi gulnar@azintel.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını Layihələr üzrə “Aparıcı Mühəndis ” yazmaqla göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP