İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Ricon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: N/A DEADLINE: 2021-09-19

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Cəmiyyətin işçi ehtiyacının təmin edilməsi, Açıq olan vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi;
• Ştat cədvəllərin və təşkilati strukturun hazırlanması (əmr.əsasnamələrin prosedura uyğun hazırlanması);
• Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
• Müəssisədaxili prosedur qaydalarının hazırlanması və icrasına nəzarətin təşkil olunması;
• İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi və ayın sonu dəvamiyyət tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
• Vəzifə təlimatlarının hazırlanması;
• Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
• Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
• Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin sənədləşdirilməsi (qəbulu, Qanunvericiliyin tələblərinə uyğun əmək şəraitinin dəyişdirilməsi,işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarət, həmçinin arayış və xasiyyətnamələrin yazılması, qeydiyyatı);
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi;
• Müəssisəinin fəaliyyəti ilə bağlı Dövlət Qurumları, Qeyri Dövlət qurumları ilə əlaqəli işləmlərin görülməsi;
• Əmək kitabçalarının yazılması;Əmək haqqı kartlarının açılması və sifarişi;
• Məktubların tərtib edilməsi və qeydiyyatının aparilmasına nəzarətin edilməsi.
• Əcnəbi və vətandaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində MYİ və İş icazəsinin alınması üçün tələb olunan sənədlərin toplanması, anket formaların tərtib edilməsi,
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
• Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
• Tikinti və istehsalat sahəsində işçilərin (usta, fəhlə heyyətinin) işə davamiyyəti, işə qəbul və sənədləşmə prosedururn tənzimlənməsi.

İş qrafiki:

• Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
• İstirahət günü - Şənbə və Bazar günləri
• Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Namizədə tələblər:

• Ali təhsil
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
• Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word, 1C
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək
• Azərbaycan dilini mükəmməl bilməli, rus dilini yaxşı səviyyədə bilməli
• Ünsiyyət qurma bacarığı;
• Problemləri həll etmə bacarığı
• Stresə davamlılıq
• İnformasiyanın təhlili və analiz etmək bacarığı
• İnsan resursları sahəsində azı 5 il təcrübəsi (tikinti sektorunda təcrübəsi olmağı üstünlükdür)

Maraqlanan şəxslər CV formalarını mövzu yerində " İnsan resursları üzrə mütəxəssis" qeyd edərək hr@ricon.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP