Nəzarətçi
 
JOB TITLE: Nəzarətçi
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: N/A DEADLINE: 2021-09-19

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.

Elan etdiyimiz vakansiya: Nəzarətçi

Vəzifə öhdəlikləri və iş barədə məlumat:

• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
• Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
• Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
• Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
• Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
• Hadisələrə qarşı diqqətli davranmaq
• Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
• Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
• Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
• Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
• Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
• Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
• Növbə zamanı xüsusi geyim formasında olmaq
• Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
• Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
• Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
• Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Vəzifə ilə bağlı tələblər:

• Yaş: 20-30
• Cinsi: kişi
• Boyu: 170 sm
• Həqiqi hərbi xidməti başa vurmuş
• Təhsili: Tam orta və ya peşə təhsili
• Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
• Rus dilini bilməsi üstünlükdür
• Çevik və doğru qərar vermə bacarığı
• Məhkumluluğunun olmaması

Əlavə məlumat:

• Əmək haqqı: 500 AZN
• İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur

CV-lərinizi hr@melissagroup.az ünvanına "Nəzarətçi" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP