Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: Zeytun Market DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: N/A DEADLINE: 2021-09-19



“Zeytun” market “Melissa Group” şirkəti daxilində 2014-cü ildən Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi 92A ünvanında fəaliyyət göstərir. Mağaza qida və qeyri qida məhsullarını satmaqdadır. Hər zaman müştərilərə gülərüz personalı ilə xidmət göstərən mağaza, eyni zamanda məhsullara münasib qiymətlər təklif edir.

Vakansiya: Satıcı

Vəzifəyə dair tələblər:

• Məhsulları təmiz, səliqəli şəkildə vitrinə yığmaq və daim nəzarətdə saxlamaq;
• Məhsullarda qiymət etiketlərinə, istifadə müddətinə və bölmələrə nəzarət etmək;
• Müştərilərin suallarını cavablandırmaq, istiqamətləndirmək və məmnuniyyəti təmin etmək;
• Verilən tapşırıqları yerinə yetirmək;
• Təhlükəsizlik qaydalarına əməl etmək;

Namizədə dair tələblər:

• 40 yaşa qədər olan xanım namizədlər;
• Səlis Azərbaycan dilini bilməli (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir);
• Xoş və səliqəli zahiri görünüş;
• Danışıq qabiliyyətli, fikrini aydın izah etmə;
• Səbirli və nəzakətli;
• Alıcılarla nəzakətli rəftar;
• Kollektiv ilə işləmə bacarığı;
• Stressə davamlı və dürüst olmalı;

İş barəsində məlumat:

• İş qrafiki: növbəli və 6 günlük iş həftəsi;
• İstirahət günləri: həftədə 1 gün;
• Əməkhaqqı və nahar pulu: 450 AZN;
• İş yeri: Yasamal r.-nu, Həsən bəy Zərdabi 92A.
• AR Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə, əmək məzuniyyəti və digər imtiyazlar.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satıcı” qeyd etməklə hr@melissagroup.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP