Satışın inkişafı üzrə satış məsləhətçisi
 
JOB TITLE: Satışın inkişafı üzrə satış məsləhətçisi
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: N/A DEADLINE: 2021-09-19

Satışın inkişafı üzrə satış məsləhətçisi

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satışın inkişafı bölməsinin satış məsləhətçisi vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili
• Səlis və aydın nitq qabiliyyəti
• Müştəriyönümlülük və təqdimetmə bacarığı

Satışın inkişafı üzrə satış məsləhətçisi nə iş görür?

• Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi
• Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
• Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satışın inkişafı üzrə satış məsləhətçisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz.

Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP