Maliyyə Nəzarətçisi
 
JOB TITLE: Maliyyə Nəzarətçisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: N/A DEADLINE: 2021-09-19

Veysəloğlu Şirkətlər Qrupu Maliyyə Nəzarətçisi vakansiyasını elan edir.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

İşin təsviri:

- Aylıq əsasda Bizneslər tərəfindən təqdim edilən hesabatlar üzrə Müşahidə Şurasına təqdimatların hazırlanması;
- Xarici Auditorlar ilə koordinasiya şəklində işləməli və onların audit prosesinin effektiv şəkildə idarə edilməsində yardımçı olmalı;
- Biznesin mühasibatlıq və hesabatlılıq şöbələrinin işləmə prinsipini anlamaq, təqdim edilən maliyyə hesabatları üzərində detallı analiz aparmaq və Maliyyə nəzarətini təmin etmək.

Tələblər:

- Logo (Tiger), MS Excel biliyi. (SAP biliyi üstünlükdür);
- Mühasibat uçotu, Maliyyə və Audit sahəsində ali təhsil;
- Mühasibatlıq və Hesabatvermə sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
- ACCA sertifikatlarına sahib olanlara (F3, F7) üstünlük verilir;
- Pərakəndə satış, distribusiya və istehsalat sektorunda iş təcrübəsi;
- Rus və ingilis dili biliyi arzu olunandır.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Maliyyə Nəzarətçisi” yazmaqla öz CV-ni career@veyseloglu.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP