Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-20 LAST UPDATED: 2021-08-26 DEADLINE: 2021-09-16

“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) daxili auditor vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

Bakı, Azərbaycan

Sənədlərin qəbulunun son müddəti: 25.09.2021-ci il

İKA-nın daxili auditorunun məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

- İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
- aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
- aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
- aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
- İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
- mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
- yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.

Hesabatvermə

- Daxili auditor İKA-nın Müşahidə Şurasına hesabat verir.

Müddət

- Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə 3 aydan sonra daxili auditorun faliyyətinin nəticələri Müşahidə Şurası tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə uzadılacaqdır.

İxtisası

İKA-nın daxili auditoru aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
(a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
(b) mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
(c) auditor sahəsində ən azı bir illik təcrübəyə malik olmaq;
(d) ingilis dilində sərbəst bilənlərə üstünlük verilir;
e) əla yazılı və şifahi nitqə malik olmaq;
f) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, proqramlaşdırılmış mühasibatlıq sistemində işləmək bacarığı;
g) beynəlxalq maliyyə idarəçiliyi prosedurları və təlabatları barəsində bilgili olmasına və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə işləmək təcrübəsinə üstünlük verilir;
h) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı ;
i) təşəbbüskarlıq, məsuliyyətli, məsələyə hərtərəfli yanaşmaq və yenilikləri qəbul etmək bacarığı.

Sənədləri abbasovaf@ia-az.net e-mail və ya Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21 F ünvanına göndərə bilərsiniz.

Əlaqə nömrəsi- (012)-464-83-35 Fatma x.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP