Xaçmaz nümayəndəliyinin rəhbəri
 
JOB TITLE: Xaçmaz nümayəndəliyinin rəhbəri
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22



“PAŞA Sığorta” ASC “Xaçmaz nümayəndəliyinin rəhbəri” vakansiyası elan edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi
• İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi
• Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və bu barədə tabe olduğu departamentə malumat verilməsi
• Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi
• Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması
• Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi

BİLİKLƏR:

• Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir

TƏCRÜBƏ:

• Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi
• Sığorta sahəsi üzrə müvafiq sertifikasiya və iş təcrübəsinə üstünlük verilir

BACARIQLAR:

• Ünsiyyət qurmaq bacarığı
• Dəqiqlik
• Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı
• Mübahisəli məsələləri idarə etmək bacarığı
• Stressə davamlılıq
• İdarəetmə bacarığı

Son müraciət tarixi: 17 Sentyabr 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP