1C üzrə mütəxəssis
 
JOB TITLE: 1C üzrə mütəxəssis
EMPLOYER: Mandarin.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22

Məhsulların online satışını həyata keçirən Mandarin.az 1C üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq!

Vəzifə öhdəlikləri:

- 1 C 8.3 versiyası müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirmək;
- Mövcud olan sənədlərin, hesabatların, kadr uçotu, əməliyyat və idarəedici uçotun yenilənməsi;
- 1C proqramında yaranan problemlərin aradan qaldırılması.
- 1C proqram təminatında yeni hesabat çap formalarının proqram təminatında yaranan nasazlıqları operativ şəkildə həll etmək;
- 1C proqram təminatında tələb olunan yeni sənədlər və hesabatlar yaratma;
- 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq;
- Müəssisənin struktur bölmələrinin məlumat ehtiyaclarını təhlil edir və istifadəçi hüquqları ilə təmin edir;
- Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları tərtib və analiz etmək,yaranan problemləri imkan daxilində aradan qaldırmaq, əks halda müvafiq şəxs və ya quruma bu barədə məlumat vermək;
- Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
- Öz səlahiyyətləri daxilində məsələlər üzrə müəssisənin fəaliyyətnin təkmilləşdirilməsi, informasiya emalının təkmilləşdirilməsi üçün nəzarət edən struktur rəhbərinə təkliflər vermək;
- Müəssisədə (şöbə) çatışmazlıqların aradan qaldırılması variantını təqdim etmək.

Tələblər:

- Təhsil: Ali;
- Təcrübə: Qeyd olunan sahədə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan dili və rus dili biliyi mütləqdir (ingilis dili biliyi üstünlükdür);
- Komputer bilikləri: 1C proqramlaşdırma, Microsoft Office;
- Analitik düşüncə qabiliyyəti və riyazi bilik səviyyəsi;
- Problemləri həll etmə bacarığı
- Əzmkar, stresə davamlı və komandada işləmə bacarığı.
- İşində dəqiq və məsuliyyətli olmalı.

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “1C üzrə mütəxəssis” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP