Qrafik və motions dizayner
 
JOB TITLE: Qrafik və motions dizayner
EMPLOYER: A2Z Advisors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22

“A2Z Advisors” QSC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir.

Hazırda İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “A2Z Advisors” QSC namizədləri mövcud olan “Qrafik və motions dizayner” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

- Şirkət məhsulları üçün mürəkkəb qrafiklər,animasiya, təqdimatlar və canlı video məzmunlar hazırlanması
- Məhsullar üçün logo, korporativ üslub, çap məhsulları hazırlanması.
- Rəqəmsal layihələri həyata keçirilməsi
- Ehtiyacları başa düşmək və fikir mübadiləsi aparmaq üçün daxili və xarici müştərilərlə görüşlərdə iştirak edilməsi
- Mövcüd layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi

TƏLƏBLƏR:

- Reklam və rəqəmsal marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Güclü eskiz və ya yaradıcılıq, qrafik dizaynda bacarıqlar;
- Güclü 2D/3D animasiya bacarıqları;
- İstənilən zaman müştəri və şirkət tərəfindən ehtiyac olacaq dəyişikliklərin edilməsi üçün konstruktiv rəylərə açıq olmaq;
- Müxtəlif layihələrlə və çoxsaylı müştərilərlə işləmək qabiliyyəti;
- Proqramlarda iş təcrübəsi olması mütləqdir: Photoshop, Illustrator, İndesign, Adobe Premiere Pro, Adobe After Effects, 3D modelinq (arzuolunandır);
- Komanda şəklində işləmə bacarığı
- Mükəmməl bir portfolio (CV ilə birlikdə göndərilməsi mütləqdir)

Biz nə təklif edirik:

- Rəqabət qabiliyyətli əməkhaqqı
- Shutterstock və Envato elements saytlarına ödənişli giriş
- Korporativ nömrə
- Mehriban və ruhlandırıcı iş mühiti və kollektiv
- Əlavə təhsil üçün kurslar və material

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV ilə bərabər portfolio cv@a2z.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP