Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22

Yerləşmə: Paylama Mərkəzi
Vəzifə: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
Departament: Qida Təhlükəsizliyi Şöbəsi

Vəzifə öhdəlikləri:

- Paylama mərkəzinə daxil olan təzə meyvə, tərəvəz və qida məhsullarının keyfiyyətinə nəzarət etmək;
- Uyğunsuzluqlar olduqda əlaqəli şöbələri məlumatlandırmaq;
- Məhsulların keyfiyyəti və qida təhlükəsizliyi məsələləri ilə bağlı müntəzəm olaraq saxlama sahəsini yoxlamaq;
- Şikayətlər olduqda paylama mərkəzində məhsulları araşdırmaq;
- Təchizatçının qiymətləndirməsi üçün təchizatçı ilə bağlı bütün uyğunsuzluqları məsul şəxsə bildirmək
- Bütün yoxlama nəticələrini günlük qəbul formlarında qeyd etmək;
- Şöbə müdirinin tapşırığı ilə digər vəzifələri icra etmək.

Namizədə dair tələblər:

- Ali/Orta təhsil;
- Meyvə-tərəvəz satışı və/və ya yoxlanışı üzrə iş təcrübəsi;
- Azərbaycan dili üzrə səlist biliklər;
- Microsoft Excel və Outlook proqramlarından istifadə etmə bacarığı.

Qeyd Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP