Kiçik alıcı
 
JOB TITLE: Kiçik alıcı
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22

Yerləşmə: Baş Ofis
Vəzifə: Kiçik Alıcı
Departament: Kommersiya şöbəsi (Quru qida)

Vəzifə öhdəlikləri:

- İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması;
- Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması;
- Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi;
- Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi;
- Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi;
- Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi;
- Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək;
- Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi;
- Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi;
- Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi.

Vəzifə üzrə tələblər:

- Ali iqtisadi təhsil;
- Pərakəndə ticarət sektorunda iş təcrübəsi;
- İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
- Analitik düşünmə qabiliyyəti;
- Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.

Qeyd Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "Kiçik Alıcı" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP