Memar
 
JOB TITLE: Memar
EMPLOYER: Avrasya İstanbul İnşaat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-23 LAST UPDATED: N/A DEADLINE: 2021-09-22

Memar

Vəzifə öhdəlikləri:

- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi, həllərin tətbiq olunması;
- İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Vəzifəyə dair tələblər:

- Müvafiq sahədə ali təhsil (Memarlıq);
- Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi (yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsində iş təcrübəsi olanlara üstünlük veriləcək);
- AutoCAD ,3 Ds max, Corona və ya Vray kompüter proqramları ilə işləmək bacarığı
- Rus dilində sərbəst danışmaq;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

İş vaxtı: I-VI günlər

Əmək haqqı- Danışıq əsasında müəyyən olunur.

E-mail: rzazade.r@mail.ru

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP