Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-24 LAST UPDATED: 2021-08-26 DEADLINE: 2021-09-23

Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil
• Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
• Səlis və aydın nitq qabiliyyəti
• Müştəri yönümlülük, təqdimetmə bacarığı
• Yüksək ünsiyyətqurma, satış və inandırma bacarığı

Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis nə iş görür?

• Faktorinq xidmətlərinin satışı, təqdim olunması və yeni müştərilərin cəlb olunması
• Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması və mövcud kanalların təkmilləşdirilməsi
• Müştərilərlə vaxtaşırı görüşlərin keçirilməsi, satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi
• Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz- satış imkanlarının inkişaf etdirilməsi
• Müştəri rəylərinə əsaslanaraq yeni məhsulların yaradılması ilə bağlı təkliflərin hazırlanması
• Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvləri ilə birgə işlənilməsi

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq xidmətlərinin satışı üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP