Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-24 LAST UPDATED: N/A DEADLINE: 2021-09-23

Hüquqşünas

Vəzifə öhdəlikləri:

- Müəssisəyə daxil olan normativ hüquqi aktların layihələrinin müəyyən olunmuş müddətlər daxilində hüquqi ekspertizasını həyata keçirmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericilik aktlarının, habelə daxili tənzimedici sənədlərin (qaydalar, təlimat və s.) layihələrini hazırlamaq;
- Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, əmr, sərəncam və qərarların, habelə daxili tənzimedici sənədlərin (qaydalar, təlimat və s.) layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Müvafiq sahədə qanunvericilik bazasını, müəssisənin sədrinin əmr, sərəncam və qərarlarını təhlil etmək, onların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
- səlahiyyətləri daxilində sədrin göstərişlərinə uyğun olaraq digər sənədlərin ekspertizasını aparmaq və təkliflər hazırlamaq;
- Müəssisənin tərəf olduğu müqavilələrin layihələrini hazırlamaq;
- Müəssisəni dövlət orqanlarında, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil etmək və müvafiq tədbirlərdə iştirak etmək;
- şöbənin fəaliyyətinin təmin edilməsi məqsədi ilə bilavasitə rəhbərinin müvafiq tapşırıqlarını yerinə yetirmək.

Vakansiya ilə bağlı tələblər:

- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi (dövlət qrumlarında müvafiq stajı olanlara üstünlük veriləcəkdir)
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;

İş Şərtləri:

- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq recruitmenthrbaku@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP