Marketing assistant
 
JOB TITLE: Marketing assistant
EMPLOYER: Aqrar İnnovasiya və Təchizat Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-24 LAST UPDATED: N/A DEADLINE: 2021-09-23

Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.

Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur.

Şirkətimiz ölkəmizdə fermerlərə dövlət tərəfindən verilən subsidiyalı gübrə satışlarında yaxından iştirak etməklə aqrar sektorda aparılan islahatlara öz da töhfəsini verməkdədir.

Aqrar İnnovasiya və Təchizat Şirkəti müasir elmi metodlardan və informasiya texnologiyalarından istifadə etməklə Azərbaycanda kənd kəsərrüfatının inkişaf etdiriləcəyinə inanmaqdadır. Avropanıın aparıcı ölkələrinin kənd təsərrüfatı sahələri ilə rəqabət aparılacaq vaxt yaxındadır.

https://aisco.az/az/esas

Şirkət: “Aqrar İnnovasiya və Təchizat Şirkəti”
Vəzifə: Marketing assistant

İş barədə məlumat:

- Şirkət veb səhifəsi və sosial şəbəkələri daxil olmaqla marketinq strategiyalarının yaradılması;
- Marketing üçün proqramın hazırlanması və tətbiqi üzrə satış komandası ilə sıx əməkdaşlıq edilməsi;
- Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
- Marketinq planlarını, kompaniya nəticələrini və layihə tövsiyələrini inkişaf etdirmək və şirkətin rəhbərliyinə hesabat verilməsi;
- Nəşriyyat materiallarının (vizit kartları, firma blankları, dəvətnamələrin ) hazırlanması
- Tədbirlərin ( sərgi, təqdimat, reklam aksiyaları) təşkilində iştirak
- Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
- Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər)

Namizəddən tələblər:

• Müvafiq sahədə 1 illik iş təcrübəsi;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində təcrübəyə malik olmaq;
• Azərbaycan və Rus dillərindən birini bilmək;
• Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq;

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Əmək haqqı – 500-800 AZN (namizədə görə)

Maraqlanan namizədlər mövzu yerində “Marketing assistant” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP