Layihə üzrə memar
 
JOB TITLE: Layihə üzrə memar
EMPLOYER: C.Q PARTNERS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-25 LAST UPDATED: N/A DEADLINE: 2021-09-24

Layihə üzrə memar

İş barədə məlumat:

- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
- Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması
Bilməlidir:
- Tikinti norma və qaydalarını
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları
- Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni

Namizədə tələblər:

- Memarlıq sahəsi üzrə ali təhsil

Əsas proqram bilikləri:

- AutoCad
- 3Dmax (arzu olunandır)
- Photoshop
- Ofis proqramları

Əsas bacarıqlar:

- Kommunikabellilik
- Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşma imkanı
- Məsuliyyətlilik
- Əmək haqqı 1500-2000 manat.

E-mail: hr@asprof.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP