Mağaza meneceri (Bakı, Sumqayıt)
 
JOB TITLE: Mağaza meneceri (Bakı, Sumqayıt)
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-25 LAST UPDATED: 2021-08-27 DEADLINE: 2021-09-24



Mağaza meneceri (Bakı, Sumqayıt)

Vəzifə öhdəlikləri:

• Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
• Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
• Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
• Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
• VİP müştərilərə şəxsən xidmət göstərmək;
• Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
• Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
• İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)

Tələblər:

• Ali təhsil;
• İdarəçilik üzrə müvafiq sahədə minimum 3 il təcrübə;
• Excel, Word, Power Point;
• Rus və İngilis dil biliyi arzuolunandır;
• Əmək haqqı müsahibə zamanı müəyyən edilir.

Uyğun namizədlər CV-lərini "Mağaza meneceri" başlığını, o cümlədən onun qarşısında iddia etdiyi mağazanın yerləşdiyi rayon və ya şəhərin adını qeyd etməklə hr@bakuelectronics.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP