Anbardar (Gəncə)
 
JOB TITLE: Anbardar (Gəncə)
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-25 LAST UPDATED: N/A DEADLINE: 2021-09-24



Vəzifə öhdəlikləri:

• Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
• Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
• Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun, vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək ,motivə etmək və kollektiv ruhunnnu qorumaq;
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan nəzərdə tutulan malın düzgün çıxışını təşkil etmək;
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək,
• Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və mağaza müdirini məlumatlandırmaq;
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.

Tələblər:

• Təhsil: Ali/Orta-ixtisas
• Sahə üzrə 5 il iş təcrübəsi
• Yaş:30-50
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(arzuolunandır)
• Yaxşı səviyyədə excel bilikləri
• Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Namizədlər CV-lərini “Anbardar(Gəncə)” başlığı ilə hr@bakuelectronics.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP