Təcili yardım tibb bacısı
 
JOB TITLE: Təcili yardım tibb bacısı
EMPLOYER: Bona Dea International Hospital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-25 LAST UPDATED: N/A DEADLINE: 2021-09-24

Tələblər:

• Yaş: 22-35;
• Xanım və kişi namizədlər tələb olunur;
• Təhsil: Orta ixtisas tibbi təhsil;
• Təcrübə: Tibb bacısı və feldşer qismində minimum 3 il iş təcrübəsi (Təcili Tibbi yardım və ya reanimasiya şöbələrində iş təcrübəsi olanlara üstünlük veriləcək)
• Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (Rus və İngilis dil biliyi arzu olunandır);
• İşinə məsuliyyətli yanaşma
• Yüksək stresli şəraitdə işləmə bacarığı
• Kompyuter bilikləri
• Effektiv kommunikasiya qurmaq bacarığı

Vəzifə öhdəlikləri:

• Gündəlik olaraq şöbədə növbəni təhvil təslim etmək
• Həkim tərəfindən verilən şifahi və yazılı təyinatları vaxtında, dəqiq yerinə yetirmək
• Gecə növbələrində də işləmək
• Mütəmadi olaraq görülən işlər barədə şöbənin məsul tibb bacısına məlumat vermək
• Cəld və dəqiq işləmək bacarığı
• Xəstəyə aid məlumatları elektron sistemə vaxtında və düzgün daxil etmək
• Tibbi avadanlıqların işlək olmasını periodik yoxlamaq
• Şöbənin işinə dair təlimlərdə iştirak etmək
• Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi

İş şəraiti:

• İş qrafiki: Gündüz növbələri üçün saat 09:00-dan 18:00-dək, Gecə növbələri üçün saat 18:00-dan 09:00-dək
• Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təcili yardım şöbəsinə tibb bacısı/feldşer” qeyd etməklə hr@bonadea.org elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP