Geodeziya mühəndisi
 
JOB TITLE: Geodeziya mühəndisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25

Vakansiyanın adı: Geodeziya mühəndisi

Vəzifə öhdəlikləri:

• Geodeziya üzrə texniki və metodiki işlərini həyata keçirmək;
• Layihələrə uyğun olaraq dəqiq nişanlanma prosesini həyata keçirmək;
• Tikinti-quraşdırma işləri prosesində qurğuların, konstruksiya və elementlərinin hərəkətinə və deformasiyalarına nəzarət etmək;
• Geodeziya cihazına, xətti ölçü vasitələrinin vəziyyətinə, onların düzgün saxlanma qaydasına və istismarına daim nəzarət etmək;
• Ölçmə işlərini inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirmək;
• Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək.

Tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Geodeziya mühəndisi olaraq inşaat sektorunda minimum 3 il iş təcrübəsi;
• Yaş həddi: 25-45;
• Azərbaycan dili səlis, rus dilini orta səviyyədə bilməli;
• Microsoft Office və AutoCad proqramlarını əla səviyyədə bilməli;
• Geodeziya alətlərini və onların istismar olunma qaydalarını bilməli;
• İş həcmlərini ölçməyi bacarmalı.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
• ARƏM əsasən işə qəbul;
• İş yeri: Füzuli rayonu ərazisi;

Əlaqə nömrəsi: 050-661-66-48.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Geodeziya mühəndisi" qeyd edərək recruitment21team@gmail.com e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP