İş icraçısı (Yol-tikintisi üzrə)
 
JOB TITLE: İş icraçısı (Yol-tikintisi üzrə)
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: 2021-08-27 DEADLINE: 2021-09-25

Vakansiyanın adı: İş icraçısı (Yol-tikintisi üzrə)

Vəzifə öhdəlikləri:

• Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə əməl etmək;
• Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət etnək;
• Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
• Layihə sənədlərinə uyğun olaraq tikinti işini təşkil etmək və nəzarətdə saxlamaq;
• Tikinti maşınlarıdan, nəqliyyat və mexaniki vasitələrdən, detallar (hissələr) və inventarlardan və s. materiallardan səmərəli istifadə olunmanı təmin etmək;
• İş prosesini texnoloji xəritələr, əmək proseslərinin xəritələri və digər normativ sənədlərə uyğun təşkil etmək;
• İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi üzrə çalışmaq, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan məqsədyönlü şəkildə istifadə etmək;
• İş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq;
• Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək.

Tələblər:

• Texnik sahədə ali təhsil;
• Yaş həddi: 30-55;
• Yol tikinti layihələrində iş icraçısı kimi 5 il iş təcrübəsi;
• Azərbaycan dili səlis, rus dilini orta səviyyədə bilməli;
• Tikinti istehsalatının təşkili və texnologiyasını bilməli;
• Sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını bilməli;
• İqtisadiyyatın, eləcə də, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası haqqında bilməli;

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
• ARƏM əsasən işə qəbul;
• İş yeri: Füzuli rayonu ərazisi;
• Əlaqə nömrəsi: 050-661-66-48.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İş icraçısı (Yol tikintisi üzrə)" qeyd edərək recruitment21team@gmail.com e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP