Sənədləşmə mütəxəssisi
 
JOB TITLE: Sənədləşmə mütəxəssisi
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25



ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Sənədləşmə mütəxəssisi” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

İşin təsviri və öhdəliklər:

• Sənədləri tam,dəqiq,siyasət və prosedurlara uyğun hazırlamaq;
• Təyin olunmuş bir şöbənin işçilərini dəstəkləmək üçün kompleks sənədləşmə işlərini yerinə yetirmək;
• Həm təyin olunmuş sahədə, həm də xaricində mənbələrdən müxtəlif məlumat və/və ya məxfi materialları araşdırmaq və toplamaq;
• Müxtəlif sənədləşdirmə sistemləri, məlumat bazaları, qeydlər və siyahılar qurmaq və saxlamaq;
• Müştərilərdən aktları vaxtında toplamaq və mühasibatlığa təqdim etmək;
• Müştərilərin tələblərinə uyğun qiymət təkliflərini hazırlamaq və göndərmək.

Tələb olunan bacarıqlar:

• Azərbaycan dilində yüksək yazı bacarığı;
• Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
• İngilis dili arzu olunandır.

Maraqlanan namizədlərdən CV-lərini “Sənədləşmə mütəxəssisi” başlığı ilə https://jobs.talhunt.az/atl/590-s%c9%99n%c9%99dl%c9%99%c5%9fm%c9%99+m%c3%bct%c9%99x%c9%99ssisi elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP