Biznes Analitik
 
JOB TITLE: Biznes Analitik
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Biznes Analitik” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

İşin təsviri və öhdəliklər:

• Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması.
• Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
• Şirkət fəaliyyətinə dair məlumatların təhlilinin həyata keçirilməsi;
• Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi;
• Maliyyə Hesabatlarının hazırlanması;

Tələb olunan bacarıqlar:

• Microsoft Office;
• İngilis dili biliyi;
• Analitik düşüncə;
• Yüksək biznes anlayışı;
• Statistik biliklər;
• Detallara qarşı diqqətlilik.

Maraqlanan namizədlərdən CV-lərini “Biznes Analitik” başlığı ilə https://jobs.talhunt.az/atl/591-biznes+analitik elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP