İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis
 
JOB TITLE: İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25



Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis

Vəzifə öhdəlikləri:

- Boş vakansiyalarla bağlı elanların hazırlanması, yerləşdirilməsi;
- İşə qəbulla bağlı sosial şəbəkələrin idarə edilməsi;
- İşçilərin qəbul edilməsi, müsahibələrin təşkili;
- İşçilərin sınaq müddətlərinin izlənilməsi, hesabatların hazırlanması;
- İşçilərə daxili nizam-intizam qaydaları ilə bağlı təlimatların verilməsi;
- CV bazanın yaradılması, qeydiyyatının aparılması;
- Lazım olduqda iş analizlərinin aparılması;
- Vəzifə təlimatlarının yazılması;
- Fəaliyyət sahəsi ilə bağlı digər tapşırıqlarının icrası.

Namizədə tələblər:

- Ali təhsilli (Xüsusilə “Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli”);
- Təcrübə 1-2 il;
- Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Analiz etmə bacarığı;
- Dəqiqlik və diqqətlilik;
- Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

- Həftədə 6 iş günü tam, 1 gün istirahət;
- Əmək haqqı: Əməkdaşın bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
- Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan şəhəri, Saray qəsəbəsi və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “ mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP