İşə qəbul üzrə mütəxəssis
 
JOB TITLE: İşə qəbul üzrə mütəxəssis
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: 2021-08-26 DEADLINE: 2021-09-25



"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Rekruter (İşə qəbul üzrə mütəxəssis)

Tələblər:

• Təhsil: ali;
• Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə bilməli;
• Kompüter bilikləri: MS office (SAP və 1C proqramlarını bilən namizədlərə üstünlük verilir);
• Satış sahəsində işə qəbul təcrübəsi mütləqdir;
• Səlis danışıq qabiliyyəti;
• Səliqəli xarici görünüş;
• Kollektivlə işləmə bacarığı

Vəzifələri:

• Şirkətin kadr tələbinin müəyyən olunması;
• Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
• Açıq vakansiyaların ciddi təhlili və təmin olunması;
• Müsahibələrin keçirilməsi;
• Müvafiq testlərin hazırlanması və tətbiq olunması;
• Kadr bazasının qurulması;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Ə/h: 400-600 azn.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://jobs.talhunt.az/optimal/592-rekruter+(ise+qebul+uzre+mutexessis)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP