İnsan resurslarının idarə edilməsi departamentində təcrübəçi
 
JOB TITLE: İnsan resurslarının idarə edilməsi departamentində təcrübəçi
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25



Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: İnsan resurslarının idarə edilməsi departamentində “ Ödənişli təcrübəçi”

Namizədə tələblər:

- Ali təhsilli;
- Analitik düşüncə;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Word, Exel proqramlarından istifadə bacarığı;
- Xüsusi ilə HR sahəsinə marağı olan və bu sahədə karyera qurmaq istəyənlər müraciət etsin.

İş şərtləri:

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Təcrübəçi ödənişi: 200 AZN ,
- Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan şəhəri, Saray qəsəbəsi və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Karyera hədəfi:

- HR -ın əməliyyatlar sahəsində dərindən təcrübə toplamaq imkanı qazanmaq;
- 1C 8.3 proqramının öyrədilməsi.
- Sonda şirkət tərəfindən sertifikatın verilməsi.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Təcrübəçi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP