Daxili satınalma şöbəsinin rəhbəri
 
JOB TITLE: Daxili satınalma şöbəsinin rəhbəri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25

Daxili satınalma şöbəsinin rəhbəri

Vəzifə öhdəlikləri:

- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
- Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
- Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin ( Bids Summary ) təqdim edilməsi
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi
- Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsində nəzarət
- Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi
- Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması

Namizədə dair tələblər:

- Mövcud sahədə ali təhsil;
- Satınalma sahəsində 3-5 illik iş təcrübəsi ( ehtiyat hissələri üzrə çalışmış əməkdaşlara üstünlük veriləcək);
- MS Office və 1C proqramları üzrə bilik- əla səviyyədə.
- Xarici dil biliklərinin olması arzu ediləndir;
- Ezamiyyətə göndərilə bilər;
- Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 2000-2500 azn

Maraqlanan namizədlər mövzu yerində “DS rəhbəri” yazmaqla öz CV-lərini hcompany@internet.ru ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP