İT dəstək mühəndisi
 
JOB TITLE: İT dəstək mühəndisi
EMPLOYER: Cybernet MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-26 LAST UPDATED: N/A DEADLINE: 2021-09-25

İT dəstək mühəndisi

Əsas tələblər:

• Funsional qruplara texniki dəstək
• Proqram həllərinin yerləşdirilməsi və davamlı texniki dəstək
• Problemlərin səmərəli araşdırılması və köklü həlli üçün səylərin göstərilməsi
• Sistemin və servisin vəziyyətinin davamlı monitorinqi və müəyyən edilmiş problemlərə fəal şəkildə cavab verilməsi
• Mümkün olduğu hallarda bildirilən problemlərin həll yollarını müəyyənləşdirilməsi və sənədləşdirilməsi (qeyri-kod), ehtiyac olduqda müştəri ilə əlaqə saxlamaqla lazımi məlumatları toplamaq
• 3-cü xətt Dəstək proqramçıları ilə yaxından işləmək və programda düzəlişlərin hazırlanmasında birgə fəaliyyət göstərmək
• Aparılmış fəaliyyətlər haqqında aidiyyatı komandalar vermək
• Sorğu sistemi vasitəsilə həll yolları və həlləri haqqında ətraflı məlumat, müntəzəm status yeniləmələrin verilməsi
• Məsuliyyətlilik, stressə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İxtisas tələbləri:

• Sistem idarəçiliyi bacarıqları WINDOWS Server, CentOS, Linux və s.
• Verilənlər bazası idarəetmə və verilənlər bazası texnlgiyaları ilə iş təcrübəsi (Oracle, Postgres DB)
• SQL yazmaq bacarığı
• Microservices arxitekturasının dəstəyi üzrə anlayışlar
• Skript dilləri ilə minimal təcrübə və ya anlayışlar arzu olunandır (məsələn, Bash, PHP, Perl, Pythn, Javascript)
• Müəssisə müştəri-server sistemləri üçün performans, təhlükəsizlik və ölçülə bilən ehtiyaclarını anlamaq
• Jira Service Desk ilə təcrübə
• Azərbaycan dili. İngilis, Rus dilləri (arzu olunandır)
• Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində) arzu olunandır

İş şərtləri və şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “İT dəstək mühəndisi” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP