Direktor köməkçisi
 
JOB TITLE: Direktor köməkçisi
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26



İş yeri: Bakı şəh.

Vəzifə öhdəlikləri:

- Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq;
- Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək;
- Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq;
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, sərgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq;
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasını təşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək;
- Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək.

Tələblər:

- Ali təhsil;
- İş təcrübəsi müvafiq sahədə ən azı 1 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri (Rus və İngilis dili səlis);ç
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Direktor köməkçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.azelcin.ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP