Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: Ceylan MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

Ceylan” MMCSatış təmsilçisi” vakansiyası elan edir.

Vəzifə və öhdəlikləri:

• Şirkət Məhsularının satışının təşkil edilməsi;
• Ərazisində olan Mağazalarda (Supermarketlər) məhsul ehtiyacının müəyyənləşdirilməsi;
• Ehtiyac müəyyənləşdikdən sonra sifarişin götürülməsi;
• Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
• Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
• Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin (Merçendayzinq) təşkil edilməsi;
• Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;
• Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi.

İş qrafiki və Əmək haqqı:

• iş saatı: 09:00 - 18:00;
• 1-5 günlər iş, şənbə və bazar istirahətdir;
• Əmək haqqı 300 AZN(fix) + 400-500 AZN(bonus).

Namizədə qarşı tələblər:

• Satış sahəsində minimum 2 il iş təcrübəsi;
• 23 - 30 yaş arası;
• Səliqəli xarici görünüş;
• Səlis nitq bacarığı;
• Fikirlərini aydın ifadəetmə bacarığı;
• Ünsiyyətcil;
• İnandırma qabiliyyəti;
• Komanda ilə işləmə bacarığı;
• Satış bacarığı;
• Məsuliyyətli;

Qeyd: Şirkət Bakı Şəhər Suraxanı Rayonu Bülbülə qəsəbəsində yerləşir. Satış təmsilçisi Şirkətə zəruri hallarda gəlir. Birbaşa iş üçün müəyyən olunmuş əraziyə çıxır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@ceylan.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP