Çilingər (Yük maşınları və texnikalar üzrə)
 
JOB TITLE: Çilingər (Yük maşınları və texnikalar üzrə)
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

Vakansiyanın adı: Çilingər (Yük maşınları və texnikalar üzrə)

Vəzifə öhdəlikləri:

- Avtomobillərin təmirlərinin vaxtında və keyfiyyətli şəkildə icra olunması:
- Texnikanın təmirinin, baxımının və təhlükəsiz şəkildə çalışmasının təmin edilməsi;
- İstifadə zamanı avtomobillərə nəzarət edilməsi, onların yol şəraitində sınaqdan keçirilməsi və işə yararlılığının müəyyən edilməsi;
- Avtomobillərin təmirinin zədələnmədən həyata keçirilməsi;
- Avtomobillərin vaxtından əvvəl sıradan çıxma səbəblərinin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi;
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Görülmüş işlər haqqında rəhbərliyə məlumatların verilməsi.

Tələblər:

- Yaş: 22-55;
- Texniki sahədə orta ixtisas təhsili;
- Çilingər kimi yük maşınları və texnikalar üzrə minimum 3 il iş təcrübəsi;
- Texnikaların əsas iş prinsipləri, xüsusiyyətləri və imkanlarını bilməli;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst və aktiv olmalıdır.

İş şəraiti:

- İş qrafiki: 6 iş günü;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- ARƏM-ə əsasən işə qəbul;
- İş yeri: Füzuli rayonu ərazisi;
- Əlaqə nömrəsi: 050-661-66-48.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Çilingər" qeyd edərək recruitment21team@gmail.com e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP