İngilis dili müəllimiyi üzrə təcrübə proqramı
 
JOB TITLE: İngilis dili müəllimiyi üzrə təcrübə proqramı
EMPLOYER: Fred’s English təhsil mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

“Fred’s English” Beynəlxalq ingilis dili mərkəzi İngilis dili müəllimiyi üzrə TƏCRÜBƏ PROQRAMI elan edir.

Şirkət haqqında məlumat- “Cambridge” in Azərbaycandakı rəsmi hazırlıq mərkəzi olan “Fred’s English” Beynəlxalq İngilis Dili Mərkəzi 1999-cu ildən ingilis dilinin peşəkar tədrisi üzrə ixtisaslaşmışdır. Əsas məqsədimiz ingilis dilinin tədrisində qərb təcrübəsini auditorialarımıza gətirmək, beynəlxalq metodikanı tətbiq etməklə xarici dilin tədrisini stimullaşdırmaq, gənclərimizin əmək bazarında beynəlxalq dərəcəli rəqabətə davamlı kadr olmaları üçün onlara peşəkar səviyyədə ingilis dilini tədris etməkdir. “Academic English”, “Cambridge English”, “English for KIDS”, “IELTS”, “TOEFL”, “SAT” kimi beynəlxalq proqramların tədrisində ixtisaslaşan təhsil mərkəzimizin komandasına beynəlxalq mühitdə inkişaf etmək istəyən gəncləri dəvət edirik.

Təcrübəçidən tələblər:

1. İngilis dili müəllimliyi, tərcümə ixtisasının və ya digər ingilis dilli ixtisasdan MƏZUN olmalı.
2. İngilis dili bilik səviyyəsi minimum Intermediate. (Xüsusən danışıq səviyyəsi)
3. Müxtəlif yaş qruplarına, xüsusən azyaşlı uşaqlara ingilis dilinin tədrisində maraqlı olmalı.
4. Təyin olunan davamiyyət cədvəli üzrə təcrübə proqramında iştirak etmək;
5. Təcrübə rəhbəri tərəfindən verilən tapşırıqların məsuliyyətli şəkildə icrasına cavabdeh olmaq;
6. Tədris şöbəsi tərəfindən tapşırılan işlərin yerinə yetirilməsi;

İş haqda məlumat:

1. Tam və yarım günü əhatə edən təcrübə saatı (10:00-19:00).
2. Ödənişli təcrübə proqramı-100 azn
3. İnkişaf etmək və “Cambridge English” tədris metodikasını öyrənmək üçün beynəlxalq mühit.
4. 3 aylıq təcrübə proqramının sonunda mərkəz tərəfindən sertifikatla tətif olunma.

Qeyd: Namizədlərdən CV-lərini göndərməmişdən əvvəl proqram üzrə olan tələbləri DİQQƏTLİ OXUMAQLARI xahiş olunur.

Uyğun namizədlər CV-lərini info@fredsenglish.com elektron ünvanına “(Eng)TƏCRÜBƏ PROQRAMI” başlığı ilə göndərə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP