Tik Tok menecer
 
JOB TITLE: Tik Tok menecer
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir.

“Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Tik Tok menecer

Namizədə olan tələblər:

• Tik Tok sosial media platformasında şəxsi və ya korporativ təcrübə;
• Azərbaycan dilində şifahi və yazılı səlis ünsiyyət bacarığı;
• Kreativ ssenariləri yaza bilmək bacarığı;
• Foto və video çəkmək bacarığı .

İş haqqında məlumat:

• Şirkətin Tik Tok səhifəsini idarə etmək;
• Müştərilərin səhifə üzərindən gələn müraciətlərini cavablandırmaq;
• Videolar üçün ssenarilər hazırlamaq, videolar çəkmək və mobil montaj etmək;
• Şirkətin marketinq fəaliyyətlərini Tik Tok platformasında tətbiq etmək.

İş şəraiti:

• 5 günlük iş həftəsi ;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.

Vakansiyaya müraciət üçün CV-ləri və Tik Tok profilləri “Tik Tok menecer” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP