Çağrı mərkəzi üzrə operator
 
JOB TITLE: Çağrı mərkəzi üzrə operator
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

“Sağlam Ailə” tibb mərkəzi Çağrı mərkəzi üzrə operator vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

• Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
• Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
• Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir;
• Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Namizədə olan tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus dili biliyi - əla;
• Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

• İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP