Əsas Vəsaitlər və İnventar üzrə Mühasib
 
JOB TITLE: Əsas Vəsaitlər və İnventar üzrə Mühasib
EMPLOYER: AZEA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: 2021-08-27 DEADLINE: 2021-09-26

AZEA Group MMC Azərbaycanda vüsət alaraq geniş yayılmış, özünü doğrultmuş və yüksək səviyyədə xidmət göstərən inşaat şirkətidir. AZEA Group MMC müştərilərinə fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin dizaynı (layihələndirmə), tikintisi və təmirini (hovuz, landşaft, interyer eksteryer dizayn və layihələndirmə) həyata keçirir. Daha ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.

AZEA Group MMC Əsas Vəsaitlər və İnventar üzrə Mühasib vəzifəsinə işçi qəbulunu elan edir.

Namizədə dair əsas tələblər:

• İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes üzrə ali təhsil (bakalavr dərəcəsi);
• Maliyyə/mühasibatlıq sahəsi üzrə sertifikatlar (İFRS və digərləri);
• Əsas vəsaitlər və inventar üzrə mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi;
• Azərbaycan vətəndaşı olmalı;
• Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını (xüsusən Excel), 1C Mühasibatlıq 8.3 versiyasında yüksək səviyyədə iş təcrübəsinə malik olmal. Logo Tiger 3 Enterprise proqramı namizəd üçün üstünlükdür;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarını bilməli;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Təşəbbüskar və qərar qəbul etmək bacarığına, prosesləri idarə etmək qabiliyyətinə malik olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Əsas vəzifə və öhdəliklər:

• Əsas vəsaitlər üzrə siyasət və prosedurların hazırlanması və tətbiqi;
• Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, habelə onların hərəkətinin uçot sistemində izlənilməsi, yerdəyişmələri, sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemdə işlənilməsinə dair nəzarət;
• Bütün məhsulların maya dəyəri, satış qiymətləri və anbarda saxlanma xərclərinin nəzərə alınmasını təmin etməklə düzgün qeydə almaq;
• Əsas vəsaitlər hesabının aparılması və müvafiq qeydlərin uçot sisteminə daxil edilməsi;
• Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət etmək;
• Aylıq/rüblük fiziki inventarizasiyanı keçirmək və fərqləri qeydə almaq və bunun əsasında hesabatlar hazırlamaq;
• Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi;
• Mal-materialların və əsas vəsaitlərin anbardan istehsalata yönləndirilməsinə nəzarət etmək və hesabat vermək;
• Səmərəli mühasibatlıq və əsas vəsaitlərin qeydiyyatı və hesabı ilə bağlı üsullarının tətbiq olunmasının təmin edilməsi;
• Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
• Cari iş prosesinin avtomatlaşdırılmasının və səmərəliliyinin artırılması imkanlarının araşdırılması və proseslərin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması, əsas vəsaitlərin dövriyyəsinə nəzarətin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi;
• Daxili təsərüfat məqsədli və şirkətə məxsus əsas vəsaitlərin təmirinə sərf edilən materialların aktını tələb etmək və nəzarətdə saxlamaq;
• Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün anbar əməkdaşlarını maarifləndirmək;
• Ayın sonu bağlanışları icra etmək.
• Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotu;
• Digər inventarların uçotu, sayımların təşkili. Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Birbaşa rəhbərinin digər aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.

Peşəkar və şəxsi keyfiyyətlər:

• Ciddi, səbirli, komandada işləməyi bacarmalı, intizamlı olmalı;
• Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, olmalı;
• Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
• Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
• İşi planlamaq, maneələrin öhdəsindən gəlmək üçün səy göstərmək bacarıqlarına malik olmalı;
• Stressə davamlı olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Əmək haqqı: 800 AZN – 1000 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);
• Korporativ mobil nömrə və danışıq vaxtı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV hr@azea.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Əsas Vəsaitlər və İnventar üzrə Mühasib) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yuxarıda qeyd olunan e-mail ünvanına yalnız şəkilli CV-lərinizi göndərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP