SMM Menecer
 
JOB TITLE: SMM Menecer
EMPLOYER: AZEA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: 2021-08-27 DEADLINE: 2021-09-26

AZEA Group MMC Azərbaycanda vüsət alaraq geniş yayılmış, özünü doğrultmuş və yüksək səviyyədə xidmət göstərən inşaat şirkətidir. AZEA Group MMC müştərilərinə fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin dizaynı (layihələndirmə), tikintisi və təmirini (hovuz, landşaft, interyer eksteryer dizayn və layihələndirmə) həyata keçirir. Daha ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.

AZEA Group MMC SMM Menecer vəzifəsinə işçi qəbulunu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərini təyin etmək, SMM strategiyasını hazırlamaq, rəhbərlik ilə müzakirə etmək və həyata keçirilmək;
• Sərbəst işləyərək, kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək;
• Sosial şəbəkələrdəki səhifələrin həftəlik və aylıq tədbirlər planlarını tərtib etmək, mövzuya uyğun olaraq yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşılacaq kontent materiallarını (mətn, şəkil, video) hazırlamaq, seçmək, dizayn etmək, web-sayt, social media, bloqda yerləşdirlmək, nəzarət etmək və postlar üçün yeni ideyalar vermək;
• Sosial media postları, reklam məhsulları üçün sloqan, ad və mətnlər hazırlamaq, şirkətin məhsul/xidmətləri üçün yaradıcı ideya və təkliflər hazırlayaraq təqdim etmək;
• Kontent yerləşdirildiyi yerlərdə (web-sayt, sosial media və bloq) istifadəçilərlə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi (sosial şəbəkələrdə müştəri və izləyicilərdən daxil olan sorğuları müvafiq əməkdaşalara yönləndirmək və ya şirkət adından korporativ dəyərlər çərçivəsində cavablandırmaq);
• Şirkətin sosial şəbəkə platformalarında olan səhifələrini peşəkarcasına idarə və inkişaf etdirmək, maksimum tanıtmaq, reklam/PR fəaliyyətini təşkil etmək, aksiya və kampaniyalar yaratmaq, keçirmək və idarə etmək;
• Youtube, LinkedIn, Twitter, Facebook, İnstagram və digər sosial şəbəkələrdə işləyərək korporativ hesablarının peşəkar idarə olunması, habelə abunəçilər sayının artırılması üzərində işlər aparmaq;
• Azərbaycan, ingilis və rus dillərində yüksək keyfiyyətli, yaradıcı, cəlbedici mətn və məqalələrin qrammatik qaydalara uyğun olaraq yazılmaq, təqdim və tətbiq etmək;
• Bazarın və rəqib şirkətlərlərin fəaliyyətinin araşdırılması, monitorinqi, təhlili və tələbatın müəyyənləşdirilməsi;
• Bütün çap materiallarının sifariş və nəzarətini həyata keçirilmək;
• Vizualların hazırlanmasına nəzarət etmək;
• Trend və yenilikləri izləmək;
• Rəhbərliyə ay ərzində görülmüş işlərin nəticələri haqqında hesabat hazırlamaq;
• Rəhbərliyin aidiyyatı üzrə digər yazılı və şifahi tapşırıqlarını icra etmək.

Namizədə dair əsas tələblər:

• Ali təhsil (Jurnalistika və ya Marketinq sahəsində bakalavr dərəcəsi);
• Müvafiq sahədə sertifikatlarının olması üstünlükdür;
• Sosial media marketinq (SMM) üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmalı;
• Dil bilikləri: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus dili (sərbəst), ingilis dili (yaxşı);
• Yaş: 23-35
• Azərbaycan vətəndaşı olmalı;
• İT biliklər: Ofis proqramları (Word, Excel, PowerPoint, Outlook Express: sərbəst bilməli). Youtube, Facebook, Twitter, Linkedin və İnstagram platformalarında sərbəst iş bacarığına malik olmalı;
• Facebook Business Suit və Business manager-i işləmək bacarmalı, Google Ads, Google Analytics-də işləməyi bacarmalı, SEO və SEM üzrə bilikləri olmalı. Corel Draw, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, ADOBE ANIMATE, WEBSITE CONTENTS MANAGEMENT, HTML, CSS3, Bootstrap barədə məlumatlı olmalı;
• Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
• Kiçik mobil video çəkilişlərin aparılması və montaj olunmasını bacarmalı.

Peşəkar və şəxsi keyfiyyətlər:

• Vicdanlı, enerjili, punktual, işinə qarşı həvəsli, aktiv, çevik, yeniliklərə açıq, kreativ yanaşmaya, yaradıcı ideya qabiliyyətinə malik olmalı;
• Komandada və sərbəst şəkildə işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti olmalıdır;
• Məsuliyyətli, diqqətli, mükəmməl şifahi ünsiyyət qurmaq, işgüzar yazışmalar və təqdimat bacarığına malik olmalı;
• Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah və əsaslandırmaq bacarıqlarına yüksək səviyyədə malik olmalı;
• Digital Strateji planlama və tətbiq, araşdırmaq və yenilikləri tətbiq etmək bacarığına malik olmalı;
• Digital reklam idarəetmə və qrafik dizayn bacarığı olmalı;
• Gündəmi izləmək, analiz etmək, araşdırma aparmaq və məhdud zaman çərçivəsində işləmək bacarığına malik olmalıdır;
• Analitik və deduktiv təhlil, strateji düşünmə, statistik və riyazi bilikləri olmalı,
Hesabatlar ilə işləmə bacarığı olmalı;
• Bütün əsas sosial şəbəkələrin incəliklərini bilməlidir.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Əmək haqqı: 500 – 700 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);
• Korporativ mobil nömrə və danışıq vaxtı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV və PORTFOLİO-nuzu hr@azea.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (SMM Menecer) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yuxarıda qeyd olunan e-mail ünvanına yalnız şəkilli CV-lərinizi göndərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP