Mikrokreditlər bölməsinin rəhbəri (Goranboy, Göyçay və Şəki)
 
JOB TITLE: Mikrokreditlər bölməsinin rəhbəri (Goranboy, Göyçay və Şəki)
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-27 LAST UPDATED: N/A DEADLINE: 2021-09-26

Ümumi məlumat:

Kapital Bank namizədləri Goranboy, Göyçay və Şəki rayon filialları üzrə Mikrokreditlər bölməsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər:

• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə minimum 3 il iş stajı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az elektron ünvanına “Goranboy, Göyçay və Şəki rayon filialları üzrə Mikrokreditlər bölməsinin rəhbəri” başlığı ilə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP