İstehsal üzrə mühasib
 
JOB TITLE: İstehsal üzrə mühasib
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-28 LAST UPDATED: N/A DEADLINE: 2021-09-27



MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: İstehsal üzrə mühasib

Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
• Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
• Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
• Məxfilik prinsiplərini pozmamaq.

Tələblər:

• İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
• Tikinti və istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
• Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı;
• 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
• Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;

İş şəraiti:

• İş qrafiki: 5 günlük
• Əmək haqqı: müsahibə əsasında təyin olunur
• İş yeri: MSDIS Holding/baş ofis
• Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97, 051-201-21-17.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində vəzifə adını qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP