Baku Electronics şirkətində karyera imkanı ( Sumqayıt )
 
JOB TITLE: Baku Electronics şirkətində karyera imkanı ( Sumqayıt )
EMPLOYER: Baku Electronics LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-28 LAST UPDATED: 2021-08-28 DEADLINE: 2021-09-27

Baku Electronics şirkətində karyera imkanı ( SUMQAYIT )

Baku Electronics şirkəti ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Respublika üzrə 24 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.

Telefonlar, smartfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə təmsil olunur.

Dəyərli Sumqayıt sakinləri, sizləri karyeranızı bizimlə qurmağa dəvət edirik.

Hal-hazırda aktiv vakansiyalarımız:

• Satıcı/Baş satıcı - məsləhətçi
• Mobil və İT üzrə texnik
• Xəzinədar
• Xadimə
• Fəhlə

Ümumi tələblər:

• Vəzifələr üzrə uyğun və yaxın sahələrdə ən azı 2 il iş təcrübəsi

Əlavə məlumat:

• Şəxsi inkişaf və karyerada yüksəliş
• İş qrafiki: Növbəli
• Əmək haqqı və Bonus: vəzifələr üzrə namizədin təcrübə və peşəkarlıq səviyyəsindən asılı olaraq 350 - 700 AZN aralığında dəyişir

Müraciət etmək istəyən namizədlər CV-lərini cv@bakuelectronics.az email ünvanına mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını qeyd edərək göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP